hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Pənah Hüseyn bir təşkilatda birləşdi: "Elçibəy İnstitutu" yaradıldı

İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Pənah Hüseyn bir təşkilatda birləşdi: "Elçibəy İnstitutu" yaradıldı

İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsmayıl Musa, Qiyas Sadıqov, Oktay Qasımov və Panah Hüseynin təsisçiliyi ilə “Elçibəy İnstitutu” yaradılıb.

Cebhe.info xəbər verir ki, bu haqda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər məlumat verib.

“Azərbaycan Respublikası Konstitusiyası, "Birləşmək Hüququ haqqında" Qanunun 58-ci maddəsini rəhbər tutaraq “Elçibəy İnstitutu” (bundan sonra Eİ) İctimai Birliyini yaratdığımızı bəyan edirik. Əsas məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik Hərəkatının lideri, 1992- ci ildə demokratik yolla Azərbaycan Prezidenti seçilmiş Əbülfəz Elçibəyin elmi-nəzəri–ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir.

Eİ Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərir”, - deyə məlumatda qeyd olunur.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 13003

Bizim Telegram səhifəmizi izləyin