hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

İsa Qəmbər və Natiq Cəfərli arasında maraqlı polemika: “Bunu xatırlayın”

İsa Qəmbər və Natiq Cəfərli arasında maraqlı polemika: “Bunu xatırlayın”

Bu gün Müsavat Partiyasında müxalifət təmsilçilərinin növbədənkənar parlament seçkisinə dair müzakirəsində İsa Qəmbər və Natiq Cəfərli arasında maraqlı polemika olub.

Cebhe.info xəbər verir ki, ReAl sədrinin müavini Natiq Cəfərli növbədənkənar parlament seçkisinə qatılmağa tərəfdar olduğunu bildirib və vətəndaşların səsvermə prosesində iştirakının təmininin vacib olduğunu deyib. 

Qeyd edib ki, özü şəxsən 2003-cü ildə seçici fəallığının  şahidi olub: 

“Adamlar səs vermək üçün növbəyə dayanırdılar. Mənim adım seçki siyahısında yox idi, mən məhkəməyə müraciət edərək səsvermə hüququmu bərpa etdim”. 

Bu sözlərdən sonra Natiq Cəfərli İsa Qəmbərə müraciətlə  2003-cü il seçkisində ona səs verdiyini deyib. İsa Qəmbər isə Natiq Cəfərlinin bu sözləri ötən iclasda da dediyini onun diqqətinə çatdırıb. Natiq Cəfərli cavabında “Bunu xatırlayın” deyib. İsa Qəmbərin cavabı isə “Mənə səs verənlər  xatırlasın” şəklində olub.  

Xatırladaq ki, müzakirədə Müsavatın sabiq başqanı İsa Qəmbər, başqan Arif Hacılı, ReAL sədrinin müavini Natiq Cəfərli, sabiq səhiyyə naziri Əli İnsanov, AXP sədri Pənah Hüseyn,  "Turan" İA-nın rəhbəri Mehman Əliyev və digərləri iştirak edib. Dünən müzakirə ilə bağlı siyasi təşkilatlara ünvanlanan müraciətdə Milli Şura rəhbərliyi yer alsa da, təşkilatın rəsmi sədri Cəmil Həsənli və faktiki rəhbəri Əli Kərimli müzakirəyə qatılmayıb. Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd" təşkilatını Seymur Həzi təmsil edib.   

Cebhe.info


Oxunma sayı: 1519