hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

İsgəndər Həmidov alternativ Qarabağ Komitəsi yaradır? - “Alverdə iştirak etmək istəmirəm”

İsgəndər Həmidov alternativ Qarabağ Komitəsi yaradır? - “Alverdə iştirak etmək istəmirəm”

Bu günlərdə diqqəti cəlb edən hadisələrdən biri də Qarabağ Komitəsinin daxilində yaşananlardır.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun istefası ilə başlanan proseslərdən sonra Komitə parçalanma ərəfəsindədir.

Son məlumatlara görə, Qarabağ Komitəsinin sıralarını tərk edən İsgəndər Həmidov alternativ Qarabağ Komitəsi yaradır. Cebhe.info məsələyə İsgəndər Həmidovun özü ilə aydınlıq gətirib. Sabiq nazir açıqlamasında heç bir alternativ qurum yaratmadığını deyib:

“Alternativ komitə niyə yaradırıqə Azərbaycan Xalq Hərəkatının nəzdində Qarabağ Komitəsi yaranıb. O vaxt da Xalq Cəbhəsinin nəzdində yaranmışdı. Alternativ niyə olurə Heç bir alternativlik yoxdur. Bu gün saat 3-də Xalq Hərəkatının nəzdindəki Qarabağ Komitəsinin iclası olacaq. Çəkişmə- filan yoxdur. Sadəcə olaraq, Qarabağ işğal altındadır və Qarabağın davasını çəkmək, harayını salmaq istəyirik. Bəyanat verib Qarabağ Komitəsini tərk etdim. Ona görə ki, Qarabağ kimi ülvi, müqəddəs bir məsələdə möhtəkirlik və alver gedir. Mən bu alverdə iştirak etmək istəmirəm”.

Xatırladaq ki, İsgəndər Həmidovla yanaşı Qarabağ Komitəsindən daha 12 nəfər istefa verib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3821