hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

İsgəndər Həmidovsuz AXH birləşəcək? - AÇIQLAMA

İsgəndər Həmidovsuz AXH birləşəcək? - AÇIQLAMA

Müalicə üçün Türkiyəyə aparılan sabiq Daxili İşlər naziri İsgəndər Həmidov bir neçə gün əvvəl vətənə qayıdıb. 

Həkimlər sabiq nazirin immunitetinin güclənməsi üçün bir müddət kənddə yaşaması lazım olduğunu bildiriblər. Bununla yanaşı İsgəndər Həmidova ən azı 6 ay aktiv fəaliyyətlə də məşğul olmaması məsləhət görülüb. 

Qeyd edək ki, bu il 26 yanvarda İsgəndər Həmidovun təşkilatçılığı ilə Azərbaycan Xalq Hərəkatı (AXH) adlı yeni qurum yaranıb. Yaradılmasından bir neçə ay sonra isə qurumda  narazılıqlar baş qaldırıb və parçalanma  olub. 

Hazırda AXH-nin İdarə Heyəti iki yerə parçalanıb. Bir tərəfdə İsgəndər Həmidov və onun tərəfdarları, ikinci tərəfdə isə Tural Abbaslı və onun fəaliyyətini dəstəkləyən partiya rəhbərləri yer alıb.  AXH-nin fəaliyyətini və iclasları dönəm sədrləri həyata keçirir. Sabiq nazir hələ bir müddət işinin başına dönə bilməyəcək və AXH -nin İdarə Heyətinin İsgəndər Həmidovu dəstəkləyə tərəfi işinə rəhbərsiz davam edəcək. Bu, hərəkatın ayrı qollarının bir araya gəlib vahid quruma çevrilməsinə təkan verə bilərmi? 

AXH-nin dönəm sədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Cebhe.info-ya açıqlamasında nazarı tərəflərin heç bir vaxt bir araya gəlməyəcəklərini bildirib:

“Yox, heç vaxt. Onların birləşməsi mümkün deyil. Allah İsgəndər Həmidovun şəfasını versin. Mənim onunla heç bir problemim olmayıb. Biz ayrı-ayrı qurumlarda fəaliyyət göstəririk. Bu, o tərəfin problemidir ki, necə idarə olunacaqlar”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2938