hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

""İsgəndər" raketini vurmasını Azərbaycan ona görə elan etmir ki...” – RƏY

""İsgəndər" raketini vurmasını Azərbaycan ona görə elan etmir ki...” – RƏY

“Ermənistanın Baş naziri Nikol Paşinyan Serj Sarkisyanın "müharibənin üçüncü günündə “İsgəndər” raketi atılmalı idi" - iddiasına cavab olaraq, "İsgəndər”in atıldığını, amma partlamadığını qeyd edib”.

Cebhe.info-nun xəbərinə görə, bunu Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, o, bunu 80-ci illərin silahı kimi xarakterizə edərək, bununla da Rusiya hərbi sənayesinə ciddi zərbə vurmuş oldu:

“Dolayısı ilə Sarkisyanın ordunu köhnə silahlarla təchiz etdiyi mesajını verdi. Nikol Paşinyanın Sarkisyan haqqında nə deməsi bizi maraqlandırmır, amma onun "İsgəndər" raketindən Azərbaycana qarşı istifadə edildiyini qeyd etməsi ciddi bəyanatdır. Bu, Azərbaycana qarşı birbaşa Ermənistanın ballistik raketlərlə hücum təcavüzüdür. Rəsmi Bakı Ermənistanı dinc sakinləri hədəf aldığı üçün beynəlxalq İnsan Haqları Məhkəməsinə verməlidir.

Böyük ehtimalla, Ermənistanın atdığı “İsgəndər”i Azərbaycan havada zərərsizləşdirib. Bu raketlərin İsrailin havadan müdafiə sistemləri qarşısında zəif olduğunu göstərir. Rusiya hərbi sənayesinin öyündüyü “İsgəndər" raketini vurmasını Azərbaycan ona görə elan etmir ki, Moskva bundan qıcıqlanmasın. Çünki Qarabağ müharibəsində Rusiyanın müasir havadan müdafiə sistemlərini rahat sıradan çıxardı. Hərbi arsenalına ciddi zərbə vurdu. Amma bu raketlərin heç nəyə yaramadığını Paşinyan elan etdi”.

Ekspert qeyd edir ki, əgər, Azərbaycan bu raketi havada zərərsizləşdribsə, bununla bağlı ictimaiyyətə məlumat verilməlidir:

“Müharibədə Gəncəyə, Bərdəyə raketlər atılıb. Əgər, "İsgəndər" raketi Azərbaycanın hər hansı bir yaşayış məskəninə və yaxud strateji obyektinə düşüb partlasaydı, Ermənistana qarşı artıq müharibəyə rəvac verəcəkdi. Ermənistan məhz dağıdıcı gücə malik bu silahı atmaqla Azərbaycanın Ermənistana qarşı müharibəyə, Rusiya ilə üzbəüz gəlməsini planlaşdırıb.

Azərbaycan Ermənistanın silahlanmasına diqqət etməli, Rusiya bu ölkəyə növbəti ballistik raketlər göndərə bilər. Ona görə də Azərbaycan daha da hərbi arsenalını gücləndirməlidir”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 2344