hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İşıq 2 dəfə bahalaşacaq?- Son günlərin ən çox müzakirə olunan mövzusuna RƏSMİ CAVAB

İşıq 2 dəfə bahalaşacaq?- Son günlərin ən çox müzakirə olunan mövzusuna RƏSMİ CAVAB

Suyun qiymətinin bahalaşmasından sonra işğın da qiymətinin artacağına dair iddialar var. Belə ki, müzakirə daha çox sosial şəbəkələrdə gedir və müxtəlif fikirlər səsləndirilir.

İqtisadçılar bildirir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. 2018-ci ildə isə qurum 12,9 milyon manat xalis mənfəət əldə etmişdi. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 mindən çox vergi borcu yaranıb.

Hesablama Palatası qeyd edir ki, adıçəkilən dövlət şirkətlərinin dövlət zəmanətli kreditlər üzrə öhdəliklərinin bir hissəsinin Təminat Fondundan və dövlət büdcəsindən ödənilməsi, maliyyə təsərrüfat fəaliyyətlərinin zərərlə başa vurulması 2021-ci ildə qeyd olunan mənbədə nəzərdə tutulmuş gəlirlər üzrə risklər formalaşdırır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən “Turan”a bildirilib ki, qurum tariflərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib:

“Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməmişdi”.

Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklərini qeyd ediblər.

Cebhe.info


Oxunma sayı: 793