hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

"İslamabad görüşü iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir edəcək" - İqtisadçı

"İslamabad görüşü iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir edəcək" - İqtisadçı

"Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geosiyasi əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək".

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili hesab edir ki, bu ümumi nominal ümumi daxili məhsulu (ÜDM) 1 tirlyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir:

"Digər tərəfdən, 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər.

Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir. Hazırda, Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.5 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb.

Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 14.8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir.

Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, sözügedən ölkə şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar".

Cebhe.info


Oxunma sayı: 958

Bizim Telegram səhifəmizi izləyin