hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İşlənmiş batareyaları zibil qutusuna atmayın - TƏHLÜKƏLİDİR

İşlənmiş batareyaları zibil qutusuna atmayın - TƏHLÜKƏLİDİR

Batareyaların üzərinə baxarkən “Zibil qutusuna atma!” işarəsini görürük.

Bunun səbəbi nədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, batareyaların tərkibində ağır metallar mövcuddur: "Onları adi məişət tullantıları ilə birlikdə atdıqda tərkibindəki ağır metallar torpağa, oradan isə yeraltı sulara qarışır. Nəticədə isə içdiyimiz su ilə birlikdə orqanizmimizə daxil olur. 1 batareya 20 m2 sahəni və 400 l suyu çirkləndirə bilir".

Bəs bunun qarşısını almaq üçün nə etməli? İstifadə etdiyiniz batareyaları yığıb “Təhlükəli Tullantılar” MMC-ə (müraciət üçün: [email protected]) təhvil verə bilərsiniz.Bununla siz həm təbiətə töhfə vermiş, həm də öz sağlamlığınızı qorumuş olacaqsınız.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 529