hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

İspaniya turistləri Azərbaycana maraq göstərir

İspaniya turistləri Azərbaycana maraq göstərir

Azərbaycan-İspanya Ticarət və Mədəniyyət Assosiasiyası (ACAE) İspaniyadan Azərbaycana turist axınının çoxlaması üçün ciddi addımlar atır. Minlərlə İspaniya şirkətini tərkibinə üzv etməyə müvəffəq olmuş Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyası İspaniyanın Basklar Ölkəsində fəaliyyət göstərən nüfuzlu iş adamları və dövlət məmurları üçün Azərbaycanın iqtisadi və turizm potensialı haqqında geniş təqdimat keçirib.

Diaspora üzrə araşdırmaçı jurnalist Elnur Eltürkün Cebhe.info-ya verdiyi məlumata görə, təqdimata 200-dən çox şirkət qatılıb. ACAE-nin baş katibi Raul İdigoras ispaniyalı iş adamlarına Azərbaycanda olan geniş iqtisadi imkanlar, irimiqyaslı layihələr və ölkəmizin turizm imkanları barədə geniş məlumat verib. Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycan hökuməti turizm sektorunun prioritet sahələrdən biri kimi elan edib. Hər il Azərbaycana gələn turistlərin sayı surətlə artmaqdadır.

Ölkədə buna uyğun infrastruktur sürətlə inkişaf edir. Ölkəmizdə hər il müxtəlif nüfuzlu idman və mədəniyyət tədbirlərinin keçirilməsi də turistlərin marağını artıran məqamlardandır. Məsələn, "Formula 1" üzrə Azərbaycan Qran-Prisi buna misal ola bilər. İspaniyalı iş adamları təqdimatı maraqla qarşılayıb, Azərbaycanın tezliklə ispaniyalı turistlərin sevimli istiqamətinə çevrilə biləcəyini bildiriblər.

İspaniyada keçirilmiş bu geniş təqdimat haqqında həmin ölkənin mətbuatında da maraqlı məqalələr dərc olunub. ACAE-nin prezidenti Fərid Mustafayev bildirir ki, rəhbərlik etdiyi təşkilatın məqsədyönlü fəaliyyəti və İspaniyadakı əlaqələri sayəsində tezliklə bu ölkədən Azərbaycana ciddi turist axını olacağına şübhə yoxdur. Bunun üçün Azərbaycanın turizm imkanları geniş təbliğ olunur. ACAE dövlət dəstəyini hiss edir və İspaniyadakı əlaqələrindən geniş istifadə etməklə fəaliyyət göstərməkdədir.

Aydın
Cebhe.info


Oxunma sayı: 576