hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib-FOTOLAR

İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib-FOTOLAR

İyulun 8-12-dı İspaniyanın Valensiya Politexnik Universitetində Azərbaycan nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

Cebhe.info xəbər verir ki, Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahimovun da iştirakı ilə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi - PETRA” layihəsi çərçivəsində baş tutub. Təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Dövlət Universitetinin, Xəzər Universitetinin və Slavyan Universitetinin əməkdaşları iştirak ediblər. Təlimlərdə Azərbaycan Universitetləri ilə yanaşı Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Qazi Universiteti, Avstriya Respublikasının Vyana şəhərində yerləşən Vyana Tətbiqi Elmlər Universiteti, Macarıstan Respublikasının Debreken şəhərində yerləşən Debreken Universiteti və Finlandiya Respublikasının Jyvaskula şəhərində yerləşən Jyvaskula Universiteti tədbirdə tərəfdaş universitet qismində iştirak ediblər.

Təlimin təşkili layihənin iş paketinə uyğun olaraq tərəfdaş Azərbaycan universitetlərində “Təlim və Öyrənmə mərkəz”lərinin yaradılması və mövcud vəziyyəti eləcə də, görüləcək işlərin planının hazırlanmasıdır. Layihənin əsas məqsədi təlim və təhsildə innovativ metodlarla tədrisin təşkilinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, seminar keçirilən müddətdə Valensiya Politexnik Universitetinin təmsilçisi, layihənin koordinatoru Xavier Orozço və tərəfdaşlar layihənin gedişatında nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq mövcud vəziyyəti müzakirə edib gələcək fəaliyyəti planlaşdıblar. Tərəfdaş universitetlərin nümayəndələri bu görüşdən əlavə olaraq Valensiya Politexnik Universiteti tərəfindən təşkil olunan “Education Change Forum 2019” forumunda iştirak ediblər. Forumda dünya təhsilində gedən proseslər, yeniliklər və bu sahə üzrə çatışmazlıqların həlli yolunda çıxışlar dinlənilib.

Plenar iclasda Valensiya Politexnik Universitetinin rektoru Francisco Mora, ABŞ-ın Olin Kollecinin vitse-kansleri Vicente Manno, “Quanser” şirkətinin icraçı direktoru Paul Gilbert, İngiltərənin London şəhərində yerləşən London Universitetinin Təhsil şöbəsinin direktoru Liza Jones çıxış ediblər. Valensiya görüşü iyulun 12-nə qədər davam edəcək

Aydın

Cebhe.info


Oxunma sayı: 727