hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

İsrail müharibəyə hazırlaşır: ORDU TOPLANDI

İsrail müharibəyə hazırlaşır: ORDU TOPLANDI

İsrail ordusu Qəzza sektoruna ordu toplayır.

Artıq iki briqada əraziyə gətirilib. 

Cebhe.info xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi bu gün xarici jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Həmçinin ehtiyatda olan hərbçilərin məhdud dairədə çağırışı həyata keçirilir.

Orduda hesab edirlər ki, buna səbəb HƏMAS-ın Qəzza sektorunu atəşə tutması olub.

İsrail baş naziri Benyamin Netanyahu ABŞ-a səfərini yarımçıq qoyaraq ölkəyə dönəcəyini bildirib.
Məlumatlara görə, raketlərin atılması nəticəsində 7 nəfər yaralanıb, onlardan 3-ü uşaqdır.

Fələstinin silahlı qrupu olan "İslam cihadı" istənilən hücuma qarşılıq veriləcəyini bildirib. HƏMAS isə bildirib ki, raket təsadüfən atılıb və qəsdən edilən hücum məqsədi daşımır. 
Xəzər
Cebhe.info

 


Oxunma sayı: 4147