hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

İsrail Ağ Evi dinləyir? - Tramp şübhələrə cavab verdi

İsrail Ağ Evi dinləyir? - Tramp şübhələrə cavab verdi

"Mən inanmıram ki, İsrail Ağ Ev yaxınlığında dinləmə cihazı yerləşdirib". 

Cebhe.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. 

Tramp qeyd edib ki, İsrailin ABŞ hakimiyyətini izləməsi barədə deyilənlərə inanmır: "Mənim İsraillə münasibətim möhtəşəmdir. Baxın, biz səfirliyi hara köçürdük. Hətta İran izinə də baxın. İran son 2 ildə tamamilə başqa ölkə olub".

Xatırladaq ki, İsrailin Ağ Evi dinləməsi barədə xəbərlər 1 sentyabrda yayılıb. "Politico" nəşrinin yazdığına görə, Amerika tərəfi İsrail xüsusi xidmət orqanları tərəfindən dinlənidiyini güman edir. 

Baş nazir Benyamin Netanyahu bu xəbəri "tamamilə yalan" adlandırıb. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 397