t İsrail kəşfiyyatından İranla bağlı ŞOK MƏLUMAT
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

İsrail kəşfiyyatından İranla bağlı ŞOK MƏLUMAT

İsrail kəşfiyyatından İranla bağlı ŞOK MƏLUMAT

“Bir il ərzində İran öz nüvə bombasını hazırlaya, iki ildən sonra nüvə yükü daşıya biləcək raket istehsal edə biləcək”. 

Cebhe.info-nun məlumatına görə, İsrail Hərbi Kəşfiyyatının (AMAN) 2019-cu ilə dair analitik məruzəsində belə deyilir. Sənəddə İsrailə düşmən dövlətlər və əsas regional təhlükə yaradan qrupların adları göstərilir. İranın və “Hizbullah”ın hərbi potensialı daha ciddi hesab edilir. Kəşfiyyat məlumatlarına görə, Qasım Süleymaninin məhv edilməsi yaxın gələcəkdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) fəaliyyətinin azalmasına təsir göstərəcək.

“Suriyadakı onlarla obyektə güclü dağıdıcı zərbə vurmaq İranın İsrail sərhədlərinin yaxınlığında möhkəmlənməsini sarsıtmaq imkanı yaradır. Eyni zamanda Tehran daxili problemləri həll etməklə - əhalinin kütləvi etirazlarını yatırmaqla yanaşı, beynəlxalq, ilk növbədə Amerikanın sanksiyalarına qarşı çıxmaqla məşğul olacaq”. 

AMAN mütəxəssislərinin diqqətlə araşdırdıqları başqa bir sahə “Hizbullah”ın İsrail ilə gələcək silahlı qarşıdurma hazırlıqlarıdır. Hərbi kəşfiyyatın qiymətləndirməsinə görə “Hizbullah”ın İsrailə qarşı müharibəyə başlamaq ehtimalı yüksək olmasa da, Livan silhalı qrupu münaqişəyə yüksək hazırlıq səviyyəsini saxlayır və öz potensialını genişləndirir. 

“Qasım Süleymaninin öldürülməsi “Hizbullah”ın da fəaliyyətinə təsir göstərə bilər. Çünki o, İranın şiə qruplaşmalarına maddi-texniki və maliyyə yardımı kanallarını idarə edən şəxs idi. SEPAH-ın Həsən Nəsrullahın yaraqlılarına pul köçürmələrinin təxmin edilən illik həcmi 800 milyon dollardır”. İsrailin kəşfiyyat hesabatında “Hizbullah” İranla birlikdə ciddi hərbi təhdid hesab edilir və yaxşı təlim keçmiş, silahlı hərbi birlıəşmə adlandırılır. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 925