hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

İsraildə Azərbaycan dilində 6 kitab nəşr olunub

İsraildə Azərbaycan dilində 6 kitab nəşr olunub

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2020-ci il üzrə nəşriyyat fəaliyyətinə yekun vurub.

Cebhe.info-nu xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib

"Azİz"-dən bildirilib ki, İsraildə nəşr olunan kitablar arasında azərbaycanlı yazıçı-publisist Günel Anarqızının "Qarabağ hekayələri", Çexiyada yaşayan yazıçı-dramaturq Leyla Bəyimin "Qarabağ şikəstəsi", İsrail Yazıçılar İttifaqı Federasiyasının üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Bəsti Qəlbinurun (Batsion Abramova) "Mənim dünyam", Bakının qəhrəman müdafiəçisi, general-mayor Məmmədbağır Hadı oğlu Bağırova həsr olunmuş "Generalın sirli taleyi", "Holokost haqqında yaddaşın postsovet məkanında qorunub saxlanması", israilli şair və nasir Semyon Qavrilovun dağ yəhudilərinin cuuri dilindən bəhs edən "Sadə və əbədi şeylər haqqında" əsərləri, dağ yəhudiləri icmasının tanınmış xadimi Mixail Qavrilovun cuuri dilində yazdığı şeirlər toplusu var. Kitablar Azərbaycan, rus və ivrit dillərində çap olunub.

Qeyd edilib ki, Yerusəlim şəhər rus kitabxanasında, Moskvadakı Yəhudi muzeyində və Tolerantlıq Mərkəzində Günel Anarqızının "Qarabağ hekayələri" və Leyla Bəyimin "Qarabağ şikəstəsi" kitablarının təqdimat mərasimləri keçirilib.

İsraildəki Prezident meşəsində Xocalıya həsr olunmuş anım mərasimində isə müəlliflər öz kitablarından parçaları oxuyublar. Bu tədbirlər barədə müxtəlif yerli və xarici xəbər saytlarında da geniş məlumatlar yayımlanıb.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1222