İsrailə casusluqda ittiham olunan avstraliyalı 3 iranlı ilə dəyişdirilib

İsrailə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən avstraliyalı Kayli Mur Gilbert digər ölkələrdə müxtəlif ittihamlarla həbs olunan 3 iranlı ilə dəyişdirilib.
APA-nın Tehran bürosunun məlumatına görə, 31 yaşlı Kayli Mur Gilbert 2 il öncə həbs olunmuş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İran Dövlət Televiziyası xanım Kayli Mur Gilbertlə dəyişdirilən 3 iranlının kimliyini açıqlamayıb.
Cebhe.info
Oxunma sayı: 1376
Bizim Telegram səhifəmizi izləyin