hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İsrailin baş naziri radikal şiə və sünniləri müqayisə etdi: Kim daha qəddardır?

İsrailin baş naziri radikal şiə və sünniləri müqayisə etdi: Kim daha qəddardır?

“İran dünya hökmranlığına cəhd edir. Bu ideologiya dünyanı, o cümlədən Rusiyanı təhdid edir”. 

Cebhe.info xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, müsahibəsində bildirib ki, rəsmi Tehran gec və ya tez öz ideologiya və silahını təkcə İsrail və Qərbə yox, həm də İrana tərəf çevirəcək: "Çünki o, bizim ümumi dəyərlərimizə qarşıdır və dünyanı idarə etmək istəyir".

Netanyahu İrandakı hakim şiə ideologiyasının sünni ideologiyasının radikal formaları ilə müqayisədə daha qəddar olduğunu deyib. Qeyd edib ki, Ayətulla rejimi nüvə silahı əldə etmək və Yaxın Şərqi özünə tabe etdirmək niyyətindədir.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 2201