hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

İşsiz azərbaycanlı "Mercedes C63 AMG" ilə şəhərin küçələrində "xətt cızdı"

İşsiz azərbaycanlı "Mercedes C63 AMG" ilə şəhərin küçələrində "xətt cızdı"

Rostovda polis şəhər mərkəzində yol qaydalarını qəsdən pozan 28 yaşlı gənci saxlayıb.

Virtualaz.org bildirir ki, Rostovdakı yol polisinin təbliğat şöbəsindən verilən məlumata görə, hadisə təxminən bir həftə əvvəl gecə saatlarında baş verib.

Yerli agentliyin məlumatına görə, Sadovaya ilə Budyonnovskidən Svers prospekti istiqamətinə gedən "Mersedes-Benz C63 AMG" avtomobilinin sürücüsü "Düz zolaqda hərəkət istiqaməti" işarəsi tələbini pozaraq, Sadovaya və Xalturinski qovşağına doğru hərəkət edərkən yolu qəfil dönüb. Rostov vilayətində Daxili İşlər Nazirliyinin Baş İdarəsinin binası ərazisində avtomobil sürüşərək yoldakı piyada zolağı xətlərinin üzərində qara izlər buraxıb.

“Sürücü manevr edərkən əyləci buraxmadığı üçün maşının sürüşməsinə səbəb olub, rezin şinlər qızıb və maşının təkərləri tüstülənib. Asfaltda qara rəngli izlər qalıb, piyada keçidindəki ağ boya silinib. Axmaq və aqressiv fənd işlədən sürücü avtomobilin borusundan tüstü buraxaraq sürməyə davam edib”,- deyə nazirlikdən verilən açıqlamada bildirilib.

Polis əməkdaşları  avtomobilin sürücüsünü saxlayıblar. Sonradan məlum olub ki, avtomobil sürücünün özünün olmayıb. O, azərbaycanlıdır və hazırda işsiz olan gənc sevgilisinə məxsus "Mersedes" markalı avtomobili idarə edib.

Cebhe.info


Oxunma sayı: 606