t İşsizlərin sayı rəsmən artır - Rusiyada daha bir PROBLEM
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

İşsizlərin sayı rəsmən artır - Rusiyada daha bir PROBLEM

İşsizlərin sayı rəsmən artır - Rusiyada daha bir PROBLEM

Rusiyada rəsmən işsiz kimi qeydə alınanların sayında ciddi artım var. 

Cebhe.info xəbər verir ki, yeni rəqəmləri Əmək və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, 1 yanvar 2020-ci ilin rəqəmlərinə görə, işsiz kimi rəsmən qeydə alınanların sayında 691,4 min nəfər artım olub. Bu isə 1 dekabr 2019-cu illə müqayisədə 4,1 faiz çoxdur.

Son 1 ayda rəqəmlərdəki artım 76 regionda qeydə alınb. Ən yüksək faiz Həştarxanda (27,3 fazi), Kalmıkiyada (3,3 faiz), Udmurtiyada (12,4 faiz), Sankt-Peterburqda (10,8 faiz), Saxalində (9,7 faiz), Altayda (9,6 faiz) olub.

Əmək qabiliyyətli insanların sayına görə rəsmən işsiz kimi qeydə alınanların say 0,9 faiz olub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 903