hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İşsizlik statistikası: “Qara mühasibatlıq” rəqəmləri gizlədir

İşsizlik statistikası: “Qara mühasibatlıq” rəqəmləri gizlədir

Ölkəmizdə işsiziklə bağlı rəqəmlər daim müzakirə doğurur.

İşsizlik problemi ciddi xarakter alsa da, rəsmi qurumlar tərəfindən inanılmaz dərəcədə aşağı rəqəmlər göstərilir ki, bu da həm ekspertləri, həm də vətəndaşları qane etmir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabrın 1-nə olan statistikaya görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 70900 nəfər olub, onların 35,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.  

Göstəricilərə, əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 191 200 nəfər olub ki, onlardan 4 939 100 nəfərini məşğul əhali təşkil edib.

“Cümhuriyət” qəzetinin araşdırmasına görə, statistik rəqəmlərə baxdıqda, ilin 8 ayı ərzində məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayının 3 dəfəyədək artdığı məlum olur. Belə ki, 2019-cu ilin yanvarın 1-inə olan məlumatlara görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20,1 min nəfər olub.

Açıqlamaya görə, onların 37,2 faizi qadınlardır. 

Məlumdur ki, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı dedikdə, bu ümumi olaraq ölkədəki işsizlərin sayı demək deyil. Çünki heç də də işaxtaranların hamısı məşğulluq xidmətinə müraciət etməyi lazım bilmir. Məşğulluq xidmətinin təkliflərinin vətəndaşları qane etməməsi də burada müəyyən rol oynayır. Amma ilin 8 ayı ərzində rəqəmlərin 3 dəfə artması hökumətin rəqəm siyasətində müəyyən dəyşiklik edildiyini göstəricisi kimi dəyərləndirilə bilər. Qeyd etmək olar ki, bu siyasət digər göstəricilərdə də özünü büruzə verməkdədir. Belə ki, hazırkı məlumatlara görə, inflyasiyanın göstəricisi 2,6 faiz olduğu halda, Maliyyə Nazirliyinin 2020-ci il icmal və dövlət büdcəsinin ilkin proqnozlarında bu göstəricisi 3,7 faiz olaraq göstərilib. Bu da kifayət qədər böyük rəqəmdir və  haqlı olaraq suallar doğurur.

İşsizliyin ümumi sayı ilə bağlı rəqəmlərə gəldikdə isə, qeyd edək ki,  Dövlət Statistika Komitəsinin əmək bazarı cədvəlində hələ ki, 2018-ci ilin göstəriciləri yer almayıb. 2017-ci ilin yekun rəqəmlərinə görə, işsizlərin sayı 251,7 min nəfər kimi göstərilib. Onlardan 106,2 min nəfər kişi, 145,5 min nəfəri isə qadındır. Qeyd edək ki, həmin il işsizliyə görə 6974 nəfər müavinət alıb. İşsizliyin əhalinin sayına nisbətinə gəldikdə isə, rəsmi qurumlar cəmi 5 faiz işsizliyin olduğunu bildirir. Bu günlərdə keçirilən iqtisadi konfranslardan birində  Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də Azərbaycanda işsizliyin, o cümlədən də yoxsulluğun 4-5 faizə düşdüyünü deyib ki, bu da birmənalı qarşılanmayıb.

İşsizlərin real sayını araşdırsaq ki, burada bir neçə amilin nəzərə alınması vacibdir. Qeyd edək ki, işsizlik sayının müəyyənləşərkən, onların əhali sayına nisbəti deyil, iqtisadi fəal əhaliyə nisbəti əsas götürülür. Ölkəmizdə 15-62.5 yaşda olan kişilər, 15-59.5 yaşda olan qadınlar əmək qabiliyyətli hesab olunur. Amma 15 və yuxarı yaşda məşğul olmayan və müəyyən dövr ərzində iş axtarmayan şəxslər iqtisadi qeyri-fəal əhaliyə aid edilir. Bunlar yuxarı sinif şagirdləri, əyani təhsil alan tələbələr, yaşa, staja görə və güzəştli şərtlərlə pensiya alanlar, mülkiyyətdən gəlir alanlar, ev təsərrüfatında məşğul olanlar, xəstəyə qulluq edənlər, işləməyə ehtiyacı olmayan və s. şəxslərdir. 

Rəsmi məlumatlara görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 191, 2 min nəfərdir. Bu ilin iyul ayına olan göstəricilərə görə, muzdla işləyənlərin sayı 1 milyon 590.7 min nəfər olaraq göstərilib. Qeyd edək ki, “Məşğulluq haqqında” Qanuna görə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar. Bu cür şəxslər də işləyənlərin statistikasına aid edilirlər. Amma əgər iqtisadi fəal əhalinin sayından məşğul əhalinin sayını çıxsaq, bu 3 milyon 600,5 min nəfər edir. Bu qədər əhalinin cəmi 5 faizinin işsiz olması, qalan qisminin isə qeyri formal olaraq məşğul olması ağılabatan deyil. Digər tərəfdən isə “kölgə iqtisadiyyatı”-nın hökm sürməsi qeyri-formal məşğul əhalinin sayını üzə çıxarmağa imkan vermir. 

Bununla belə, bəzi araşdırmalara görə, ölkəmizdə işsizliyin səviyyəsinin 20 faizdən çox olduğu bildirilir.

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 705