hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

İstanbul uğrunda böyük SAVAŞ

İstanbul uğrunda böyük SAVAŞ

Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkiləri ilə bağlı mübahisələr davam edir. 

Qeyd edək ki, İstanbulda keçirilən seçkidə hakimi Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım uduzub. Seçkinin qalibi isə müxalifətdə olan Cümhuriyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu qalib gəlib. Lakin Türkiyə Yüksək Seçki Qurumu (YSK) seçkinin nəticəsini ləğv edib. İyunun 23-də İstanbulda təkrar seçki keçiriləcək. 

Bu qərar həm müxalifət cəbhəsində, həm də bəzi hakim partiya təmsilçiləri tərəfindən ciddi tənqid olunur və demokratiyaya zidd addım kimi qiymətləndirilir. Görünən odur ki, İstanbul uğrunda mübarizə ölüm-dirim savaşına çevrilir. Əsas mübarizə yenə də AKP-nin namizədi Binəli Yıldırım və CHP-nin namizədi Əkrəm İmamoğlu arasında gedəcək. Qeyd edək ki, 31 mart seçkilərində Əkrəm İmamoğlu 4,159 milyon səslə qalib gəlmişdi. Onun rəqibi AKP-nin namizədi Binəli Yıldırım isə 4, 131 milyon səslə məğul olmuşdu. Bu arada müxalifətdə bir həmrəylik müşahidə olunur. Müxalif namizədlər öz namizədliklərini Əkrəm İmamoğlunun xeyrinə geri çəkirlər. Əməkçi Hərəkat Partiyasının dəstəklədiyi müstəqil namizəd Özgə Akman 23 iyun seçkilərində iştirakdan imtina edib və Əkrəm İmamoğluna dəstəyini ifadə edib. Bütün bunlarla yanaşı, AKP də İstanbulu uduzmaq istəmir. Prezident Rəcəb Tayyib Ərdoğan təkrar seçkiləri udmaq üçün daha çox işləyəcəklərini, itirdikləri səsi bərpa edəcəklərini bildirib. 

Siyasi-şərhçilər isə AKP bu dəfə İstanbul seçkilərində daha ağır məğlubiyyətə uğrayacağını deyir.

Maraqlıdır, seçkini kim udacaq?

“Ərdoğan camaatı qızışdırır”

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İstanbul Türkiyə üçün çox böyük bəlalar gətirə bilər: 

“Çünki burada Ərdoğanın nəyin hesabına olursa, seçkini qazanmaq cəhdi cəmiyyətdə qarşıdurma və gərginlik yaradır. İstanbul 18-21 milyonluq böyük şəhərdir, meqapolisdir. Bu da, təxminən Türkiyənin yarısı deməkdir. Amma Türkiyənin sənaye potensialının yarısından çoxu İstanbulda cəmləşib. Digər tərəfdən İstanbula hökmranlıq edənlər gələcəkdə Türkiyə iqtidarını alır və xalqın etibarını qazanır. Bu nöqteyi nəzərdən Ərdoğan heç bir halda güzəştə getmək istəmir. Hətta onun bəzi addımları açıq konfilikt şəkildə olur, camaatı qızışdırır. Qorxuram ki, təkrar seçkilərə - 23 iyuna qədər aparılacaq seçki kampaniyası xoşagəlməz hadisələrlə müşayiət olunsun”.

“CHP uduzsa, çaxnaşmalar ola bilər”

Politoloq hesab edir ki, ilk seçkinin nəticələrinə etiraz edənlər növbəti seçkini ancaq saxtakarlıqla uda bilər: 

“CHP udduğu seçkini təkrar uduzarsa, bu Türkiyədə geniş anlamda çaxnaşmalara səbəb ola bilər. Türk xalqı sakit olmalıdır, hadisələri soyuqqanlı qarşılamalıdır. Amma özləri seçkiyə hiylə qatılmasında danışan adamlar o halda seçkini uda bilər ki, hiylə qatsınlar. Ancaq bunun hesabına seçkini uda bilərlər. Əgər bu baş verərsə, cəmiyyət gərginliyə qərq olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1860