hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

İstanbulda Bayram Məmmədovun cəsədi tapılıb

İstanbulda Bayram Məmmədovun cəsədi tapılıb

Türkiyədə ictimai fəal Bayram Məmmədovun meyiti tapılıb. Cebhe.info xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Məlumata görə, B.Məmmədov xarici ölkələrdən birində təhsil almağa getmək üçün hazırlaşırmış. Dostları son 2 gün ərzində Bayramla əlaqə saxlaya bilməyiblər. Dünən isə İstanbul polisi dənizdən Bayram Məmmədovun cəsədinin tapıldığını bildirib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Ancaq hadisənin intihar olduğuna dair iddialar var.

Cebhe.info


Oxunma sayı: 1761