hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

İstanbulda DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib

İstanbulda DHKP-C terror təşkilatına qarşı əməliyyat keçirilib

İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) terror təşkilatına qarşı əməliyyat keçirilib.

Cebhe.info xəbər verir ki, İstanbul Terrorla Mübarizə Təşkilatının həyata keçirdiyi əməliyyatı nəticəsində DHKP-C üçün fəaliyyət göstərən 3-ü qadın olmaqla 7 nəfər  saxlanılıb.

İnqilabçı Xalq Azadlıq Partiyasının gərərgahında aparılan axtarışlar nəticəsində çoxlu sayda saxta sənədlər və digital əşyalar da aşkarlanıb.

Xatırladaq ki, DHKP-C Türkiyədə fəaliyyət göstərən və ən çox tanınan sol terror təşkilatlarından biridir. Təşkilatın qurulması ili 1994-cü il hesab olunsa da, ideya olaraq ortaya çıxması 1970-ci illərə təsadüf edir. 

THKP-C adı ilə qurulan təşkilatın ideya müəllifi Mahir Çayan və onun “inqilab savaşı” konsepsiyası olub. Bu ideya isə daha çox Latın Amerikasında fəaliyyət göstərən sosialist inqilabçı qrupları örnək alıb. Lakin metod olaraq THKP-C tipik bir terror təşkilatı kimi fəaliyyət göstərir.
Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 386