hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

İstanbulda doktor Cəlal silahı çəkdi, azərbaycanlı doktor Aidanı vurdu

İstanbulda doktor Cəlal silahı çəkdi, azərbaycanlı doktor Aidanı vurdu

İstanbulun Avcılar rayonunda özəl tibb mərkəzinin sahibi olan doktor yanında işləyən və onun 3 yaşlı uşağının anası olan azərbaycanlı doktoru tapança ilə güllələyib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Sabah” qəzeti yazır. Məlumata görə, tibb mərkəzinin sahibi, Cəlal T. adlı doktor yanında çalışan azərbaycanlı Aida A. adlı doktor qadınla hələlik məlum olmayan səbəblərdən mübahisə edib. Mübahisə zamanı türkiyəli doktor tapançanı çıxarıb və qadına bir neçə dəfə atəş açıb. Daha sonra hadisə yerindən qaçmağa çalışsa da, güllə səslərinə tibb mərkəzinin qarşısına gələn polislər tərəfindən yaxalanıb. Yaralı qadın Bakırköy dövlət xəstəxanasına yerləşdirlib, onun vəziyyəti ağır qiymətləndirilir.

"Sözçü" qəzeti azərbaycanlı qadını güllələyən doktorun polisə verdiyi ilkin ifadənin bəzi detallarını əldə edib. Məlumata görə, cinayəti törədən doktor qadının onu aldatdığından şübhələndiyini bildirib. "Bir müddətdir məni aldatdığından şübhələnirdim. Gecə saatlarında aramızda mübahisə yarandı və atəş açdım",-o deyib.

Cebhe.info


Oxunma sayı: 452