hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İstanbulda əməliyyat - DHKP-C-yə ağır zərbə

İstanbulda əməliyyat - DHKP-C-yə ağır zərbə

Türkiyənin İstanbul şəhərində İnqilabçı Xalq Azadlıq Partiyasına (DHKP-C) qarşı əməliyyat keçirilib.

Cebhe.info xəbər verir ki, İstanbul Terrorla Mübarizə Təşkilatının həyata keçirdiyi əməliyyatı nəticəsində DHKP-C üçün fəaliyyət göstərən 6 nəfər saxlanılıb.

Əməliyyatların keçirildiyi ünvanlarda və şübhəlilər üzərində aparılan axtarışda çox sayda təşkilati sənəd və 1 kilo 450 qram patlayıcı ələ keçirilib.

Xatırladaq ki, DHKP-C Türkiyədə fəaliyyət göstərən və ən çox tanınan sol terror təşkilatlarından biridir. Təşkilatın qurulması ili 1994-cü il hesab olunsa da, ideya olaraq ortaya çıxması 1970-ci illərə təsadüf edir.

DHKP-C adı ilə qurulan təşkilatın ideya müəllifi Mahir Çayan və onun “inqilab savaşı” konsepsiyası olub. Bu ideya isə daha çox Latın Amerikasında fəaliyyət göstərən sosialist inqilabçı qrupları örnək alıb. Lakin metod olaraq DHKP-C tipik bir terror təşkilatı kimi fəaliyyət göstərir.

Əhməd
Cebhe.info


Oxunma sayı: 793

Bizim Telegram səhifəmizi izləyin