hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İstanbulda silahlı dava: 2 yaralı var

İstanbulda silahlı dava: 2 yaralı var

İstanbulda davaya çevrilən bir mübahisədə iki nəfər yaralanıb.

Cebhe.info xəbər verir ki, insident Büyükçekmece rayonunda yerləşən restoranların birində baş verib.

Məlumata görə, məhəllə kafelərinin birində oturan iki nəfər daha sonra küçəyə çıxıblar. Bir az irəlilədikdən sonra aralarında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddət ərzində davaya çevrilib. 

Dava zamanı onlardan biri silahla, digəri isə bıçaqla yaralanıb.

Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis və səhiyyə briqadaları cəlb olunub.

Yaralılar təcili yardım maşını ilə özəl xəstəxanaya çatdırılıb. Onların vəziyyəti yaxşıdır.

Əhməd
Cebhe.info


Oxunma sayı: 375