hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

İstanbulda sorğu: Seçkini kim qazanacaq?

İstanbulda sorğu: Seçkini kim qazanacaq?

İstanbul seçkilərinin təkrar keçirilməsi siyasi gündəmi dəyişdirib. Hazırda əsas diqqətlər məşhur sorğu şirkətlərinin açıqladığı rəqəmlərə yönəlib.

Cebhe.info xəbər verir ki, Türkiyənin məşhur MAK sorğu şirkəti son nəticələrini açıqlayıb. Sorğunun nəticəsinə görə respondentlərin böyük əksəriyyəti Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunu dəstəkləyir. Şirkətin yaydığı məlumata görə, İmamoğlu seçkini ən az 500 min səs fərqi ilə qazanacaq.

Qeyd edək ki, 31 martda keçirilən seçkilərdə Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımı 13 min səs fərqi ilə qabaqlayaraq İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilmişdi. AKP-nin şikayətlərindən sonra Türkiyə Yüksək Seçki Qurumu (YSK) İstanbul seçkilərinin nəticələrini ləğv etdi və növbəti seçkiləri 23 iyun tarixdə keçirilməsinə qərar verdi.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 474