hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

"İstəyirsiniz prezidentin, lap Allahın yanına gedin!...” - Özbəkistanda icra başçısı şikayətçilərə belə dedi

"İstəyirsiniz prezidentin, lap Allahın yanına gedin!...” - Özbəkistanda icra başçısı şikayətçilərə belə dedi

Özbəkistanda məmur kobudluğuna dair daha bir audioyazı “Azadlıq” radiosunun özbək xidmətinə sızdırılıb. Virtualaz.org xəbər verir ki, bu dəfə paytaxt Daşkəndin icra hakimi Cahangir Artıkxocayev onun yanına şikayətə gələn bir qrup sakinin üstünə qışqırıb, isterik halda onları qovub. Deyib ki, hara istəsələr gedə bilərlər, istəyir prezidentin, lap Allahın yanına...

Daşkəndin Mirabad rayonunun bir qrup sakini şəhər başçısının yanına əvvəlki başçının verdiyi sərəncamın ləğvini xahiş etmək üçün getmişdilər. Həmin sərəncama əsasən iki çoxmərtəbəli yaşayış binasının arasında ticarət mərkəzinin tkintisinə icazə verilir. Sakinlər sərəncamın ləğvi üçün məhkəməyə müraciət edib, amma məhkəmənin çıxardığı qərara əsasən məsələyə icra hakimi baxmalıdır.

Ötən il Artıkxocayev bu məsələdə sakinlərin tərəfində olduğunu deyib. Bu il avqustun 16-da isə başqa cür danışıb.

Audioyazıya əsasən sakinlər merdən sərəncamın ləğvini xahiş edirlər. Mer onları sakitcə dinləyir, amma şikayətçilərdən biri deyəndə ki, məsələ həll olunmasa onlar prezidentin saytına yazacaqlar və piket keçirəcəklər, bu vaxt Artıkxocayev özündən çıxır. Onlarla sərt danışmağa başlayır, sərəncamı ancaq məhkəmənin ləğv edə biləcəyini deyir.

“Siz bizi prokurorluğa göndərirsiz, prokurorluq məhkəməyə, məhkəmə isə yenidən sizin yanınıza. Camaatı ələ salırsınızə”-şikayətçilərdən biri deyib.

Mer bu zaman lap özündən çıxıb: “Verin məni məhkəməyə! Hara istəyirsiniz şikayət edin! İstəyirsiniz prezidentin yanına gedin, istəyirsiniz Allahın! Lap gedin Brüsselə şikayət edin! İstəyiriniz piket keçirin!.

Audioyazıya əsasən şikayətçilərə qışqırdıqca mer su ilə dolu fincanı da masaya vurur,növbəti belə zərbədən sonra su dağılır. Qəzəbli icra hakimi görüşü çəkən videooperatorları da zaldan qovur.

“Siz ümumiyyətlə kişisizə Sizin qürurunuz var, kişisinizsə həbsxanadan niyə qorxursunuzə”,-o davam edir.

Sonra qadınlara üz tutur: “Sizin ümumiyyətlə əriniz, uşaqlarınız, qürurunuz varə Kişi danışanda müsəlman qadın başını aşağı salıb dinləyər”.

“Azadlıq” radiosu audioyazı ilə bağlı merdən şərh ala bilməyib.

Cebhe.info


Oxunma sayı: 1948