hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

İstiqlal şairi Xəlil Rza Ulutürkün doğum günüdür

İstiqlal şairi Xəlil Rza Ulutürkün doğum günüdür

Bu gün görkəmli Azərbaycan ziyalısı, Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür

Cebhe.info xəbər verir ki, Xəlil Rza Ulutürk 1932-ci il 21 oktyabr Neftçala rayonu Pirəbbə kəndində anadan olub.

Onun “Davam edir 37” “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” və s. şeirləri ötən əsrin 80-ci illərinin sonunda xalq tərəfindən sevilmişdi. Mübariz ruhlu istiqlal şairi Qanlı Yanvar faciəsindən sonra, SSRİ Təhlükəsizlik Orqanlarının əməkdaşları tərəfindən həbs olunaraq Moskvadakı Lefortovo zindanına salınır. 

Burada da o, boş dayanmayıb 200-ə yaxın şeir və məktub, həmçinin “Lefortovo gündəliyi”ni qələmə alır. 1990-cı ilin noyabrında bir ay davam edən məhkəmədən sonra həbsdən azad edilir.

Sonralar Xəlil Rzanın səhhətində problemlər yaranır. Ağır şəkər xəstəsi və ürəyində problem olan şair, oğlu Təbrizi də Vətən yolunda qurban verdi.

Xəlil Rza Ulutürk 22 iyun 1994-cü ildə Bakıda vəfat etmişdir. I Fəxri xiyabanda dəfn olunmuşdur.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 672