hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

İstirahət bölgəsində 6 turist öldü - Dolu və güclü külək səbəbindən -FOTO

İstirahət bölgəsində 6 turist öldü - Dolu və güclü külək səbəbindən -FOTO

Yunanıstanın istirahət bölgələrindən birində dolu və fırtına səbəbi ilə ikisi uşaq olan 6 turist dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 108 nəfər yaralanıb.

Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib. Həyatını itirənlər Çexiya, Rumıniya və Rusiyadan gələn turistlər olublar.

Məlumatda bildirilri ki, rumıniyalı 8 yaşlı uşaq və anası restoranda olarkən tavanın çökməsi səbəbi ilə hər ikisi dünyasını dəyişib. Çexiya vətəndaşı olan ailənin iki üzvü avtomobilin güclü külək səbəbindən aşıb sürüklənməsi səbəbi ilə həyatını dəyişib. Dünyasını dəyişən rus vətəndaşları isə 54 yaşlı kişi və iki yaşlı oğlu olub

Cebhe.info


Oxunma sayı: 1079