hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

İt 3 aydır xəstəxananın həyətində ölmüş sahibini gözləyir - FOTO

İt 3 aydır xəstəxananın həyətində ölmüş sahibini gözləyir - FOTO

Koronavirusun ortaya çıxdığı Çinin Vuhan şəhərində yaşlı bir adam 3 ay öncə müalicə üçün yerləşdirildiyi xəstəxanada sonra həyatını itirib.

Yaşlı adamın saxladığı it isə 3 aydır "Wuhan Taikang" xəstəxanasında sahibinin çıxacağı ümidi ilə gözləyir.

Cebhe.info xəbər verir ki, sadiq it fevral ayında sahibi ilə birlikdə xəstəxanaya gəlib. Sahibinin öldüyündən xəbərsiz heyvan onu xəstəxananın qarşısında gözləyir. Hazırda itə xəstəxana işçiləri baxır. Xəstəxanadakı supermarketi işlədən Vu Kuifen əvvəllər heyvanı xəstəxanadan uzaqlaşdırmaq istədiyini, lakin onun israrla burda qaldığını gördükdən sonra qulluq etməyə başladığını bildirib.

Hər səhər işə gələrkən marketin qarşısında onu gözlədiyini və səhər ilk olaraq itə yemək verdiyini bildirən Vu Kuifen bu itin hər kəsi kədərləndirdiyini bildirib. Vu Kuifen bəzi xəstə və yaxınlarının itin xəstəxana içərisində gəzməyindən narahat olduğunu, buna görə də heyvanları qoruma mərkəzinə müraciət etdiklərini və bu sadiq heyvana yeni sahib tapmağa çalışdıqlarını qeyd edib.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 1431