İtaliya klubunda məşqlər dayandırılıb - COVİD-19-a görə

İtaliyanın "Torino" klubunda məşqlər dayandırılıb.
Buna 3 futbolçuda koronavirus aşkarlanması səbəb olub.
Turin təmsilçisi yerli səhiyyə orqanlarının tövsiyəsinə əsasən bu addımı atıb. Komanda növbəti dəfə koronavirus testindən keçəcək.
Qeyd edək ki, "Torino" fevralın 26-da A Seriyasının XXIV turunda “Sassuolo”nu qəbul etməlidir/Report.
Cebhe.info
Oxunma sayı: 837