hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

İtaliya və Türkiyə yığmaları arasında oyunu niderlandlı hakim idarə edəcək

İtaliya və Türkiyə yığmaları arasında oyunu niderlandlı hakim idarə edəcək

İtaliya və Türkiyə yığmaları arasında AVRO-2020-nin açılış matçının təyinatları müəyyənləşib.

UEFA xəbər verir ki, A qrupunda keçiriləcək görüşü Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

38 yaşlı referiyə Hessel Stiqstra və Yan de Vris köməklik edəcək. 4-cü hakim funksiyasını fransalı Stefani Frappar yerinə yetirəcək. Görüşün VAR hakimi isə niderlandlı Kevin Blum olacaq.

Qeyd edək ki, İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada oynanılacaq. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq/Report.

Cebhe.info


Oxunma sayı: 397