hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

İtaliyada sabiq baş nazirin ata-anası həbs olundu

İtaliyada sabiq baş nazirin ata-anası həbs olundu

İtaliyanın sabiq baş naziri, senator Matteo Renzinin ata-anası saxta iflas iddiası ilə həbs edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sabiq baş nazirin valideynləri haqqında ev həbsi qərarı çıxarılıb.

Renzinin atası Tiziano, anası Laura Bovoli və biznesmen Gian Franko Massone hazırda ev həbsində saxlanılır.

İddiaya görə, Renzinin ailəsi və iş adamı Franko idarə etdikləri üç şirkətdən ikisinin saxta faktura və saxta iflası haqqında qərar veriblərmiş.

Bildirilir ki, 2014-2016-cı illərdə İtaliyaya baş nazirlik edən Renzi valideynlərinin ev həbsinə sərt reaksiya göstərib.

“İddianaməni oxuyanlar belə yalan və ölçüsüz bir cəzanı heç görmədiklərini deyirlər. İtaliyanın ədalətinə inamım sonsuzdur. Qanunlar qarşısında bütün vətəndaşlarımız bərabərdir. Səbirsizliklə məhkəmənin başlamasını gözləyirəm”, - sabiq baş nazir sosial şəbəkələrdə bəyan edib.


Oxunma sayı: 347