hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İtaliyada film senzurası ləğv edilir

İtaliyada film senzurası ləğv edilir

İtaliyada dini və əxlaqi motivlərə görə film senzurası ləğv olunur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın mədəniyyət naziri Dario Fransesçini deyib.

“Dövlətin sənət adamlarının azadlığına müdaxilə etməsinə icazə verən təftiş və müdaxilə sistemi sona çatdı. Artıq yeni bir filmin yayımlanmasına mane olmaq, əxlaqi və dini səbəblərlə tənzimlənmələr tələb etmək mümkün olmayacaq”, - nazir vurğulayıb.

O bildirib ki, prodüserlər bundan sonra filmlərini izləyicinin yaşına görə təsnif edəcək:

“Filmlər haqqındakı qərarları isə film sənayesindən seçilən 49 üzvdən ibarət yeni bir komissiya müəyyən edəcək. Bu komissiyanın içində təhsil və heyvan hüquqları mütəxəssisləri də olacaq”.

Qeyd edək ki, İtaliya Mədəniyyət Nazirliyinin dəstəklədiyi onlayn bir sərgi olan “Cinecensura” tərəfindən keçirilən anketin nəticələrinə görə, 1944-cü ildən bəri ölkədə 274 italyan filmi, 130 amerikan filmi və digər ölkələrdən 321 film senzuraya məruz qalıb.

Cebhe.info


Oxunma sayı: 364