hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

İtaliyada Prezidenti təqhir edənlər axtarışdadır: Aralarında professor da var

İtaliyada Prezidenti təqhir edənlər axtarışdadır: Aralarında professor da var

İtaliyada hüquq mühafizə orqanları ölkə Prezidenti Serco Mattarellonun şəxsiyyətini alçaltmaqda şübhəli bilinən 11 nəfərin axtarışındadır.

Cebhe.info xəbər verir ki, bu barədə ölkə mətbuatı yazıb. Məlumata görə, axtarış əməliyyatları ölkənin bir neçə şəhərində, o cümlədən Turin, Bolonya və Peruc şəhərlərində aparılır. Qeyd edək ki, axtarışda olanlardan biri 53 yaşlı universitet professorudur.

Axtarışlar elektron hesab və sosial profillər üzərindən də aparılır və müəyyən edilir ki, ölkə Prezidentini sosial şəbəkələrdə təhqir edən kimlərdir. Həmçinin məlumatda vurğulanıb ki, bu neqativ hadisə düşünülmüş aqressiv strategiyadır.

Xatırladaq ki, yerli jurnalistlərin verdiyi məlumata görə, 2019-cu ilin sonlarında "Facebook"-da Mattarellonun ünvanına neqativ sözlər yazan bir qadın ələ keçib və o, göz yaşları içərisində tutduğu əməldən peşman olduğunu deyərək üzr istəyib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 3664