hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

İtaliyada yaşı 2 min il olan dəmir araba tapıldı-FOTO

İtaliyada yaşı 2 min il olan dəmir araba tapıldı-FOTO

İtaliyanın Pombeli bölgəsində sönmüş lavanın içərisindən 2 min yaşı olan dördtəkərli araba tapılıb.

Cebhe.info xəbər verir ki, arxeoloqlar Roma imperiyası dönəminə aid arabanın müdhiş bir kəşf olduğunu bildirib. Pompeli divarlarının 700 metrliyində, “Civita Giuliana” dakı villaların birinin yaxınlığından tapılmış dördtəkərli mərasim arabası dəmir, bürünc və qalaydan hazırlanıb.

Qeyd edək ki, Pompeli eramızın 79-cu ilində vulkan püskürməsi nəticəsində məhv olub. İtaliyanın mədəniyyət naziri Dario Francesçini qazıntıların davam edəcəyini bildirib. Pompeli bölgəsi YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1200