hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

İtirilən hər dərsliyə görə 50 manat cərimə? - Təhsil Nazirliyi israrla susur

İtirilən hər dərsliyə görə 50 manat cərimə? - Təhsil Nazirliyi israrla susur

Orta məktəblərdə şagirdlərə verilən dərsliklər artıq yığılıb. 

Ancaq bu zaman ortaya bəzi problemlər çıxır ki, bu da əsasən dərsliklərin şagirdlər tərəfindən itirilməsi ilə bağlıdır. 

Cebhe.info-ya daxil olan məlumata görə, bəzi orta məktəblərdə təhvil verilməyən dərsliyə görə valideynlərdən cərimə tələb olunur. Cərimə məbləğinin 50 AZN olmasına dair iddialar da var.

Valideynlər Təhsil Nazirliyinin bu barədə qərarının olub- olmamasından xəbərsizdir.  Onlar hesab edir ki, əgər bu, şagird məsuliyyətini artırmaq üçündürsə, yenə də bir orta məktəb dərsliyi üçün 50 AZN cərimə həddən artıq çoxdur. 

İtən kitablara qarşılıq olaraq eyni kitabdan tələb etmək və ya kitabxanada sayı az olan fərqli iki kitabın verilməsini istəmək mümkündür. İstənilən orta məktəb dərsliyi üçün 50 AZN cərimə kitabın  öz qiymətindən  10 dəfəyə yaxın çoxdur. Nəzərə alaq ki, dərsliklər pulsuz verilsə də, dərs vəsaitləri, test kitabçaları açıq satışdadır və qiyməti 5-7 manat arasında dəyişir. 

Cebhe.info-nun əməkdaşı itirilən dərsliyə görə cərimənin qanuni olub-olmadığını müəyyən etmək üçün Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini və İctimaiyyətlə əlaqlələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlayıb. C.Valehov  sorğunun elektron poçt ünvanına göndərilməsini istəyib. Sorğu 10.06.2019-cu il tarixində göndərilsə də, bu günədək cavab verilməyib. Həmçinin telefon zəngləri də cavablandırılmayıb. 

Xatırladaq ki, sabah tədris ilinin son günüdür və dərsliklərin təhvil verilməsi üçün qoyulan müddət bitir.

Əli Bədirli 
Cebhe. info


Oxunma sayı: 1618