hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

İvanka və əri Kremlə yaxın rusiyalı oliqarxla, üstəlik “şübhəli qız”...

İvanka və əri Kremlə yaxın rusiyalı oliqarxla, üstəlik “şübhəli qız”...

ABŞ prezidenti Donald Trampın qızı İvanka və onun əri Cared Kuşner bir neçə il əvvəl, Amerikada keçirilən prezident seçkiləri ərəfəsində Xorvatiya kurortlarından birində rusiyalı milyarderin və onun “şübhəli rəfiqəsinin” əhatəsində dincəlib.

Virtualaz.org xəbər verir ki, bu sensasion məqamı Trampın keçmiş müşaviri və baş strateqi Stiv Bennon Federal Təhqiqatlar Bürosuna verdiyi ifadədə açıqlayıb. İfadə 2018-ci ilin fevralında verilib, onun məzmununa BuzzFeed nəşri çıxış əldə edib.

Stiv Bennon bildirib ki, Trampın qızı və kürəkəni rusiyalı milyarderlə (ifadədə onun adı göstərilmir) Xorvatiya kurortunda görüşüblər. Bu zaman oliqarxın “şübhəli rəfiqəsi” də onlarla olub. Həmin qızın Rusiya kəşfiyyatı ilə bağlılığı istisna edilmir.

Nəşr isə diqqəti buna cəlb edir ki, 2016-cı ilin avqstunda Xorvatiyanın Dubrovnik kurortuna rusiyalı oliqarx Dmitri Rıbolovlevin yaxtası yan alıb. Həmin vaxt Trampın ailə üzvləri də orada olub.

Rıbolovlevin yaxtasının 2016-cı ilin avqustunda Xorvatiya sahillərinə yan aldığı, həmin vaxt orada İvanka və ərinin də olduğu daha əvvəl də mətbuatda yer almışdı. Lakin o vaxt rusiyalı oliqarx bunu “tam təsadüf” adlandırıb və bildirib ki, Trampın ailə üzvləri ilə heç bir təması olmayıb.

Bennonun ifadəsində isə deyilir ki, oliqarxla Trampın ailə üzvləri birlikdə dincəliblər, bu vaxt amerikalı mediamaqnat Ruper Merdokun keçmiş arvadı da onlarla olub.

“BuzzFeed” nəşrinin yazdıqlarını hələlik İvanka və əri şərh etməyib.

Cebhe.info


Oxunma sayı: 474