hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Jurnalist Aİ-nin məxfi videokonferensiyasını dayandırdı

Jurnalist Aİ-nin məxfi videokonferensiyasını dayandırdı

Niderlandlı jurnalist Daniel Verlaan Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirlərinin videokonferensiyasını dayandırıb. Belə ki, jurnalist onlayn görüşə daxil olub və hətta bir neçə Avropa siyasətçiləri ilə danışıb.

Cebhe.info xəbər verir ki, bu barədə “RTL Nieuws” Niderlandiya nəşrinə istinadən "Politico" qəzeti yazıb.

"Siz bilirsinizmi, məxfi konferensiyaya qatılmısınız", - deyə gözlənilməz qonağa Aİ rəsmisi Cozep Borrel sual verib.

Jurnalist isə gülümsəyərək videokonferensiyanı dayandırdığı üçün üzr istəyib.

C. Borrel isə bildirib ki, jurnalistin hərəkəti cinayət işidir və Verlaana məsləhət görüb ki, polislər məsələyə qarışmamış birbaşa yayımdan çıxsın. Jurnalist məsləhətə qulaq asaraq videokonferensiyanı tərk edib.

Qeyd edək ki, jurnalist videokonferensiyaya daxil olmasını onunla əlaqələndirib ki, Niderlandın Müdafiə naziri Anka Beyeveld "Tvitter"də şəklini ünvanla və videokonferensiyaya giriş PİN kodunu dərc edib.

Xatırladaq ki, Verlaanın bu hərəkəti internet üzərindən vacib məsələlərin müzakirəsinin təhlükəsizliyi mövzusunu gündəmə gətirib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1057

Bizim Telegram səhifəmizi izləyin