hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Jurnalist karsa salındı: Oruc tutduğu üçün

Jurnalist karsa salındı: Oruc tutduğu üçün

Myanmarda "Now" saytının əməkdaşı, jurnalist Kay Zon Nvay həbsxanada oruc tutduğu üçün karsa salınıb.

O, hərbi çevrilişə qarşı başlayan aksiyalarda çəkiliş etdiyi üçün fevral ayında saxlanılmışdı.

Cebhe.info saytı xarici KİV-lərə istinadən xəbər verir ki, jurnalistin vəkili Nilar Khinenin sözlərinə görə, Nvay 26 apreldən karsa salınıb.

“Nyav həbsxanada heç bir aksiya keçirməyib. Sadəcə, müqəddəs Ramazan ayının orucunu tutub. Səbəbsiz yerə jurnalist karsda saxlanılır”.

Khine müvəkkilinin karsdan çıxarılması üçün hərbi məhkəməyə müraciət edəcəyini deyib.

Myanmarda 8 noyabr 2020-ci ildə seçkilərdə saxtakarlıq baş verdiyi iddialarının ortaya atılmasından sonra ordu 1 fevral 2021-ci ildə hərbi çevriliş edib.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 914