Jurnalistlər Zelenskini sorğu-sual edəcəklər

Oktyabrın 10-da Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə press-marafon keçiriləcək.
Cebhe.info "Interfax" agentliyinə istinadən xəbər verir ki, press-marafon yerli vaxtla saat 10:00-da başlayacaq və Zelenski gün boyu jurnalistlərin suallarına cavab verəcək.
Qeyd edək ki, press-marafon prezident ofisinin sosial şəbəkələrdəki səhifələrindən birbaşa yayımlanacaq.
Cebhe.info
Oxunma sayı: 5116