hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Jurnalistlərin vaksinasiyası davam etdiriləcək

Jurnalistlərin vaksinasiyası davam etdiriləcək

Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.

Cebhe.info xəbər verir ki, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub.

Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

- Adı, soyadı, atasının adı;

- Doğum tarixi;

- Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);

- Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı həm də Mətbuat Şurasının [email protected][email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

Cebhe.info


Oxunma sayı: 749