hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Köçəryan oğlunu qucaqlayıb həbsə getdi

Köçəryan oğlunu qucaqlayıb həbsə getdi

Ermənistanın eks-prezidenti Robert Köçəryan iyunun 25-də həbs edildikdən sonra Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına aparılıb.

Cebhe.info-nun məlumatına görə, R.Köçəryan avtomobildən düşdükdən sonra oğlu Levonu qucaqlayaraq görüşüb. Sonra jurnalistlərin suallarını cavablandıran cinayətkar eks-prezident Apelyasiya Məhkəməsinin onun barəsində çıxartdığı qərara münasibət bildirib.

"Nə qanun var, nə də qanunçuluq. Bunu siz özünüz gördünüz".

Öz növbəsində sabiq prezidentin oğlu Levon isə jurnalistlərə bildirib ki, məhkəmənin bu cür qərar çıxaracağı onlar üçün gözlənilən idi. Onun sözlərinə görə, məhkəmə vəkillərə öz mövqeyini ifadə etməyə imkan verməyib. Levon qeyd edib ki, müdafiə tərəfi məhkəmənin qərarına etiraz edəcək. Bütün digər addımlar, o cümlədən siyasi məsələlər əvvəlcədən müzakirə olunacaq

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 11485