hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Köçəryan Paşinyanı məhkəməyə verib

Köçəryan Paşinyanı məhkəməyə verib

Ermənistan Mülki Apelyasiya Məhkəməsi “Robert Köçəryan Nikol Paşiyana qarşı” adlı şikayət ərizəsini qəbul etməyib. 

Cebhe.info-nun məlumatına görə, iddia ərizəsi məhkəməyə eks-prezident R.Köçəryanın vəkili Hayk Alumyan tərəfindən təqdim olunub. Xatırladaq ki, R.Köçəryan sentyabrın 17-də özünün şərəf və ləyaqətinin müdafiəsi tələbi ilə Baş nazir Nikol Paşinyana qarşı mülki iddia qaldırıb. O, Paşinyanın açıq şəkildə üzr istəməsini tələb edib. İddiaya səbəb Paşinyanın Fransaya işgüzar səfəri zamanı Milli Təhlükəsizlik Şurasının direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasında telefon danışığı ilə bağlı verdiyi açıqlama olub. Köçəryanın sərbəst buraxılması tələbinə toxunan Paşinyan belə deyib:

“Onlar Köçəryanın azadlığa buraxılmasını tələb edir. Hansı əsasla? Onun toxunulmazlığı nədədir? Necə ola bilər ki, insanların öldürülməsini təşkil edə və həmin şəxsin toxunulmaz olduğunu söyləyəsiniz? Bu harada görülüb?”, - Paşinyan belə deyib.

Eks-prezidentin vəkili Hayk Alumyan isə bildirib ki, Nikol Paşinyan bu ifadəni Robert Köçəryana ünvanlamadığını açıq şəkildə bəyan etsə, iddiaçı öz şikayətindən imtina etməyə hazırdır. 

Paşinyanın nümayəndəsi Gevorq Gezalyan baş nazirin Köçəryanı nəzərdə tutmadığını və bundan sonra Alumyanın iddiadan imtina etdiyini deyib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 584