hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Köçəryanı azadlığa buraxan hakim həbs oluna bilər

Köçəryanı azadlığa buraxan hakim həbs oluna bilər

Ermənistan Xüsusi İstintaq Xidməti eks-prezident Robert Köçəryanın azadlığa buraxılması barədə qərar çıxarmış birinci instansiya məhkəməsinin hakimi David Qriqoryanın iş otağında axtarış aparıb.

Cebhe.info-nun məlumatına görə, kabinetin qapısı istintaq orqanı tərəfindən möhürlənib. Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan David Qriqoryanın iş otağında axtarış aparılması xəbərini təsdiqləyib. Xatırladaq ki, İrəvan şəhər birinci ümumi instansiya məhkəməsinin hakimi David Qriqoryan mayın 18-də 2008-ci il martın 1-də dövlətin konstitusion əsaslarını güc yolu ilə devirməkdə (Erməınistan Respublikası CM 300.1) ittiham olunan Robert Köçəryanın həbsdən azad edilməsi barədə qərar çıxarıb. Həmçinin mayın 20-də hakim Köçəryana qarşı cinayət işinin icrasını dayandırıb və ittiham üzrə irəli sürülmüş maddənin konstitusiyaya uyğunluğu məsələsini aydınlaşdırmaq üçün işi Konstitusiya Məhkəməsinə göndərib.

“Hakimin kabinetində axtarış aparılması ilə bağlı Ali Məhkəmə Şurasına məlumat verilib”-bu sözləri isə adıçəkilən Şuranın mətbuat xidmətinin rəhbəri Arman Xaçatryan deyib. Xüsusi istintaq Xidmətinin üzvü Qriqor Bekmezyan isə bildirib ki, axtarış aparılmazdan əvvəl onlara qanunvericilik qaydasında məlumat verilib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 804