hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Köçəryanın məhkəməsi yenidən təxirə salındı

Köçəryanın məhkəməsi yenidən təxirə salındı

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın məhkəməsi gələn ilin yanvarınadək təxirə salınıb.

Virtualaz.org erməni KİV-lərə bildirir ki, bu ay yenidən keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. Buna səbəb hakimin dekabrın 10-dan məzuniyyətə çıxması göstərilib.

Bildirilir ki, Köçəryanın vəkili təxirə salınmadan əvvəl müvəkkili haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinin müzakirəsini tələb edib. Prokuror isə eks-prezidentin hüquq müdafiəçilərini “yersiz ərizələr”lə məhkəmə prosesinin uzanmasına səbəb olmaqda günahlandırıb.

Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Köçəryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb.

Cebhe.info


Oxunma sayı: 496