t Köçəryanla bağlı sürpriz qərar gözlənilir
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Köçəryanla bağlı sürpriz qərar gözlənilir

Köçəryanla bağlı sürpriz qərar gözlənilir

Mənbəmiz yaxın vaxtlarda Köçəryanın işində sürprizin gözlənildiyini iddia edir. Unutmayın ki, Konstitusiya Məhkəməsi toxunulmazlıq və 300.1 maddəsi ilə əlaqədar Venesiya Komissiyasına və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib”. 

Cebhe.info-nun məlumatınma görə, Ermənistanın “Hraparak” (Meydan) qəzeti belə açıqlama ilə çıxış edib. 

“Avropa İnsan Haqları Məhkəməsində proses uzun sürür. Onlar Ermənistan Respublikası Prokurorluğunun, vəkillərin rəyini öyrəndikdən sonra cavab verməlidir. Qərar təxminən martın 23-24-də qəbul olunacaq. Məsələ Venesiya Komissiyasına aid olduğu təqdirdə, qərar fevral ayının sonuna qədər çıxacaq. “Hər iki strukturun rəyi hüquqi qüvvəyə malik deyilsə, hansı sürprizdən söhbət gedə bilər” sualına mənbə belə cavab verir: 

“Bəli, onlar məşvərətçidir. Lakin heç bir dövlət orqanı, məhkəmə məşvərətçi rəy olsa belə, onun əleyhinə qərar çıxarmayacaq. Onlar elə nüfuzlu qurumlardır ki, buna qarşı çıxmayacaqlar. Rəy aldıqdan sonra Konstitusiya Məhkəməsi qanunun (ittihamın) Ermənistan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına qərar verməlidir. Uyğunsuzluğa dair qərar qəbul edilərsə, ittiham ləğv edilməlidir” - qəzet belə yazır. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 1277