hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Küçələr, ticarət mərkəzləri, universitetlər bağlandı: TƏDBİRƏ HAZIRLIQ

Küçələr, ticarət mərkəzləri, universitetlər bağlandı: TƏDBİRƏ HAZIRLIQ

Tacikistan paytaxtı Düşənbədə Asiya ölkələrinin sammiti keçiriləcək.

Cebhe.info xəbər verir ki, 14-15 iyunda keçiriləcək sammitə hazırlıq işləri yüksək səviyyədə aparılır. Yerli mətbuatın yazdığına görə, sammit günlərində əsas küçələr bağlı olacaq. Böyük ticarət mərkəziləri və təhsil müəssisələri bağlanacaq.

Paytaxt polisi şəhərin əsas yollarının hərəkətə tamamilə bağlı olacağını bildirib. Sakinlərə şəxsi nəqliyyat vasitələrindən istifadə etməmək tapşırılıb. Şəhərin ən böyük bazarı olan "Karvan" da 2 gün bağlı qalacaq.

Hətta sammitdən bir gün əvvəl, 13 iyunda günün ikinci yarısından etibarən ticarət mərkəzlərində iş yükunlaşdırılmalıdır. İş adamlarına bildirilib ki, işləmədikləri iki gün ərzində ziyanları ödəniləcək. Belə ki, həmin gün üçün nəzərdə tutulan icarə haqqı alınmayacaq.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1508