hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Küçəyə atılan körpədən xəbər var

Küçəyə atılan körpədən xəbər var

Küçəyə atılan 1 günlük uşağın vəziyyəti ilə bağlı xəbər var. 

Səhiyyə Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Qeyd edək ki, ötən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə 1 günlük uşaq atılıb. 

Yeni doğulmuş uşağı küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib. İlkin araşdırma zamanı uşağın vaxtından əvvəl doğulduğu məlum olub və uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna təhvil verilib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 771