hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Kürdüstan hökumətinin nümayəndəsi: "Biz 40 milyonuq və bizim dövlətimiz olmalıdır"

Kürdüstan hökumətinin nümayəndəsi: "Biz 40 milyonuq və bizim dövlətimiz olmalıdır"

İraq Kürdüstanı, Türkiyə də daxil olmaqla, bütün tərəfdaşları ilə bərabərhüquqlu əlaqələr qurmağa çalışır.

Bunu virtualaz.org-a açıqlamasında Kürdüstan Regional Hökumətinin Polşadakı nümayəndəsi Ziyad Rauf deyib.

Üstəlik, onun fikrincə, kürdlərin Yaxın Şərqdəki rolu bu gün əvvəlkindən daha əhəmiyyətlidir: "İraq Kürdüstanı hazırda Yaxın Şərqdə əhəmiyyətli oyunçudur, həmçinin energetika sektorunda".

Türkiyənin Suriyanın Kürdüstan bölgəsindəki əməliyyatlarına toxunan Rauf qeyd edib ki, Türkiyə terrorçularla mübarizə aparırsa, İraq Kürdüstanı bu cür əməliyyatları yalnız dəstəkləyir, təkcə ondan ehtiyat edir ki, bu, kürd xalqına qarşı çevrilməsin.

"Xalqımız bir çox sınaqlardan keçib, əsrlər boyu müstəqilliyi üçün səy göstərib. 40 milyon kürd var və belə bir xalqın öz dövlətçiliyinə sahib olmaması ədalətsizlikdir. Biz müstəqilliyimiz uğrunda mübarizəni davam etdirəcəyik  və əminəm ki, dünyanın siyasi xəritəsində müstəqil Kürdüstan görünəcək", - deyə Kürd hökumətinin nümayəndəsi iddia edib.

Ziyad Rauf Kürdüstan Regional Hökumətinin, ABŞ və Rusiya da daxil olmaqla, Yaxın Şərq əməliyyat səhnəsinin bir çox oyunçuları ilə təmasda olmasını bu istiqamətdə vacib addım kimi qiymətləndirir.

Cebhe.info


Oxunma sayı: 551